Əlaqə Arxiv
news Image
2020.09.18
15:41
| A A A
Ermənistanda daha bir şəhərin meri virusa yoluxub
Ermənistanın Gümrü şəhərinin meri Samvel Balasayan koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bunu S.Balasyanın mətbuat katibi Sona Arakelyan “Sputnik Armeniya”ya bildirib.
Onun sözlərinə görə, şəhər meri işə çıxmır. Sona Arakelyan bildirib ki, merliyin 26 əməkdaşı da koronavirusla bağlı test verib. Onların testinin nəticəsi mənfi çıxıb.
Bir müddət əvvəl merin müavini Ayk Sultanyanın COVID-19-a yoluxduğu təsdiqlənib.
Qeyd edək ki, Gümrü Yerevandan sonra Ermənistanın ikinci böyük şəhəridir. Rusyanın 102 saylı hərbi bazası bu şəhərdə yerləşir. Bu yaxınlarda Yerevan şəhərinin meri Ayk Marutyanın da koronavirusa yoluxduğu barədə məlumat yayılmışdı.
Sizin Reklam Yeriniz