Əlaqə Arxiv
news Image
2020.09.18
16:56
| A A A
Nazirlik: Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir

Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir.

Mövqe.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Ekspert saatı" verilişində nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

Onun sözlərinə görə, meşələrdən rekreasiya məqsədilə istifadə üçün sahibkarlarla daimi müqavilə bağlanılmır: “Sahibkarların xəbəri olmadan orada monitorinqlər aparılır. Əgər onlar mövcud tələblərə uyğun fəaliyyət göstərirlərsə, onlarla bağlanan müddətli müqavilənin müddəti uzadılır. Lakin çox təəssüf ki, istirahət mərkəzləri adı altında fəaliyyət göstərən obyektlər çirkab suları meşə ərazilərinə axıdırlar, tullantıları meşələrə atırlar”.

Sizin Reklam Yeriniz