Əlaqə Arxiv
news Image
2020.09.18
21:31
| A A A
Türkiyədə koronavirusa yoluxanların sayı 300 minə çatıb

Son sutka ərzində Türkiyədə koronavirusa 1 711 yeni yoluxma aşkarlanıb.

Mövqe.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla ölkədə COVID-19 xəstələrinin ümumi sayı 299 810 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, son sutkada təhlükəli infeksiyadan daha 62 nəfər vəfat edib. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 7 377 nəfərə yüksəlib.

Həmçinin qeyd edilir ki, ötən gün ərzində 1 060 pasiyent COVID-19-dan sağalıb. Bununla da koronavirusdan sağalanların sayı 264 805 nəfərə yüksəlib.

Sizin Reklam Yeriniz