Əlaqə Arxiv
news Image
2020.09.21
17:31
| A A A
Biz kosmik dövlətə çevrildik

     Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Azərbaycanda neft yataqlarının hələ Atropatena vaxtında mövcud olduğu artıq hamıya məlumdur. "Midiya yağı"-qədim dövrlərdə nefti məhz belə adlandırıblar. İlkin dövrlərdə yalnız müalicə üçün istifadə olunan "Midiya yağı" zaman keçdikdən sonra enerji mənbəyinə və insan fəaliyyətinin fiziki əmək tələb edən bütün sahələrinin hərəkətvericisinə çevrilib.
      Qeyd edək ki, Azərbaycan neft sənayesi özünün 160 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Bütün dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanıb. 1847-ci ildə Bakıda "Bibiheybət" yatağında qazılmış quyudan neft fontan vurub və bununla da dünya tarixinə "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsası qoyulub. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxıb və dünya neft hasilatının yarısını verib.
      1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
      Ölkəmizdə hər zaman neftçilərin əməyinə böyük qiymət verilib. Azərbaycanın dünya miqyasında tanınmasında və inkişafında neftçilərin əməyini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev 2001-ci il avqustun 16-da 20 sentyabr tarixinin Azərbaycanda Neftçilər Günü kimi qeyd edilməsi barədə fərman imzalayıb. O vaxtdan Azərbaycan neftçiləri həmin günü öz peşə bayramları günü kimi qeyd edirlər.
         Azərbaycanda zəngin qaz ehtiyatlarının mövcudluğu qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Bununla belə iqtisadi dirçəliş burada təbii qaza olan ehtiyacı daha da artırmış və respublikamız indi bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir.
      XXI əsrin əvvəli Azərbaycanda neft və qaz hasilatının yeni əhəmiyyətli artımı ilə qeyd edilir. Bu qaz ehtiyatları ərazi boyu və istehsal bölməsində təbii olaraq paylanır. Ən geniş qaz yığımı Balaxanının aşağı hissəsində və məhsuldar qatın daha aşağı hissəsində məhdudlaşır. Yataqların qaz tərkibinin sonrakı artımı və həll olunmuş neft yataqlarından qaz qapaqlı neft yataqlarına keçməsi, məhsuldar qatın çökmə zonası istiqamətindəki ərazidə, öz geoloji inkişaf dövründə mənfi təsirlərdən keçərək və enmə zonasında qazəmələgələn yataqlara keçməsi ilə müşahidə olunur.      
     “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə neft-qaz strategiyasında mühüm hadisəyə  imza atan Azərbaycan bu sferada günü-gündən inkişaf edir.
       Buna misal olaraq cənab prezidentin müsahibəsində dediyi kimi : “Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün deyildi.”

 

Sizin Reklam Yeriniz