Əlaqə Arxiv
news Image
2013.08.12
13:58
| A A A
Təhsil Nazirliyi distant təhsil diplomlarından danışıb

Təhsil Nazirliyi distant təhsil aldıqdan sonra verilən diplomların Azərbaycanda tanınıb-tanınmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.


Mövqe.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xarici ölkələrin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması (nostrifikasiya) proseduru Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nın tələblərinə riayət olunmaqla həyata keçirilir: "Nazirlər Kabinetinin qeyd edilən qərarında distant formada təhsil alan şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanıması proseduru nəzərdə tutulmayıb".

 

Sizin Reklam Yeriniz