Əlaqə Arxiv
news Image
2013.08.12
14:40
| A A A
“Bank of Baku”nun “Facebook” səhifəsi beynəlxalq sertifikata layiq görülüb

"Bank of Baku"nun Facebook səhifəsi beynəlxalq "Socialbakers" xidmətinin ən yaxşı "Sosial yönlü səhifə" (Socially Devoted) nominasiyası üzrə mükafatına layiq görülüb.

 

Bankdan Mövqe.az-a verilən məlumata görə, təqdim edilmiş xüsusi sertifikatda "Bank of Baku"nun sosial şəbəkədə müştəri xidmətlərinə görə bu sənədə layiq görüldüyü qeyd edilib.

 

"Socialbakers" (http://www.socialbakers.com) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir. Təqdim edilmiş mükafat 2013-cü ilin ikinci rübünü əhatə edir. "Socialbakers" öz açıqlamasında bildirib ki, "Bank of Baku"nun "Facebook" səhifəsində istifadəçilərlə kommunikasiya nümunəvi səviyyədə qurulub.

 

"Socialbakers" təhlilçilərinin araşdırmasına görə, "Bank of Baku"nun "Facebook" səhifəsində istifadəçilərin sorğu və müraciətlərinin 90%-dən çoxu cavablandırılır və bu qısa vaxt aparır.

 

"Socialbakers"in beynəlxalq miqyasda apardığı araşdırmada digər kateqoriyalar üzrə müxtəlif biznes sahələrini təmsil edən dünyanın aparıcı şirkət və korporasiyalarının sosial səhifələri mükafatlandırılıb.

 

Xatırladaq ki, hazırda "Bank of Baku"nun əsas "Facebook" səhifəsindən başqa (http://www.facebook.com/bankofbaku), "Bolkart" kredit kartına həsr olunmuş http://www.facebook.com/bolkart səhifəsi də fəaliyyət göstərir. Hər iki səhifəni toplam 150 minə yaxın internet istifadəçisi izləyir və bu rəqəm dinamik şəkildə artır.

 

Sizin Reklam Yeriniz