Əlaqə Arxiv
news Image
2020.09.23
16:45
| A A A
Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür - Ramin Bayramlı

Aparılan araşdırmalara əsasən, ilkin mərhələdə əhlinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər.

Mövqe.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

 

O qeyd edib ki, vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır. Bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaridən alınaraq Azərbaycana gətirilməsidir: “Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür. Nəinki Azərbaycanda, bir çox ölkələrdə bu mümkün deyil. Ona görə də əsas istiqamət vaksinlərin xaricdən gətirilməsidir”.

Sizin Reklam Yeriniz