Əlaqə Arxiv
news Image
2020.09.25
14:28
| A A A
Romada ictimai nəqliyyat işçilərinin tətili - Şəhərdə hərəkət iflic olub
İtaliyanın paytaxtı Romada ictimai nəqliyyat işçiləri tətil keçirir. Bir sutkalıq tətil səhər saatlarında başlayır. Aksiyada ictimai nəqliyyat sahəsində bütün həmkarlar təşkilatları iştirak edir. Yerüstü nəqliyyat, metro və şəhərətrafı elektrik qatarlarının hərəkəti tamamilə dayanıb. Tətil yalnız pik saatlarında dayandırılacaq. Qeyd olunur ki, ictimai nəqliyyat işçiləri iş şəraitinin yaxşılaşdırılmasını tələb edir. Bundan başqa, İtaliyanın digər şəhərlərində, Milan, Turin, Florensiya və Genuyada müəllim və tələbələrin tədris müəssisələrində təhlükəsizlik şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları keçiriləcək.
Sizin Reklam Yeriniz