Əlaqə Arxiv
news Image
2020.09.26
23:00
| A A A
Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq” jurnalı fəaliyyətə başlayır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli 12/7 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "Mətbu nəşrlərin reyestri"nə daxil edilmiş "Elm tarixi və elmşünaslıq" elmi jurnalı fəaliyyətə başlayır. Elmi jurnalın əsas fəaliyyət istiqaməti arxiv sənədlərinə istinad edilən məqalələrin dərci, tarixi və elmi dəyər kəsb edən, əvvəllər məlum olmayan faktların aşkar edilməsi, elm və texnikanın təşəkkül və inkişaf tarixinin təhlilini əks etdirən materialların, həmçinin elmi məktəb və istiqamətlərin yaranmasını, dinamika tarixini əhatə edən əsas mənbələrin və dünya elmində aparıcı Azərbaycan alimlərinin nəşr edilməsidir. Üç dildə (Azərbaycan, ingilis, rus) yayınlanacaq jurnalda geniş profili əhatə edən, muzeylərin külliyyatında olan elmi metodik, metodoloji və arxiv materialları, mənbələr, sənaye, tibb, təhsil və bir çox sahələrin inkişafına dair məqalələr yer alacaqdır. Azərbaycan elminin beynəlxalq ictimaiyyətə çatdırılması, yerli alimlərlə xarici ölkə alimləri arasında elmi kommunikasiyaların yaradılması nəşrin qarşıya qoyduğu başlıca vəzifələrdəndir. Beynəlxalq heyətində Çin, Rusiya, Ukrayna, Polşa və digər ölkələrin akademik qurumlarının və alimlərinin təmsil olunduğu jurnalın Baş redaktoru və təsisçisi AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.
Sizin Reklam Yeriniz