Əlaqə Arxiv
news Image
2013.08.13
11:37
| A A A
Dəmir yolunda daha 12 kilometr yolun əsaslı təmirinə başlanıb

Avqustun 13-dən Azərbaycan dəmir yolunun Müsüslü-Bərgüşad mənzilində 12 kilometr yolun əsaslı təmirinə başlanılıb.


"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən Mövqe.az-a verilən məlumata görə, təmir işləri ayın sonuna kimi davam edəcək.

Ümumilikdə müvafiq Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. Dövlət Proqramı çərçivəsində bu günə kimi 263, 7 km dəmir yolu əsaslı təmir olunub

Müsüslü-Bərgüşad mənzilində əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun verdiyi məlumatda bildirilir ki, Dövlət Proqramının icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 263,7 kilometr yol əsaslı təmir olunub, bunun da 191 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.


İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Sizin Reklam Yeriniz