news Image
2013.08.13
11:00
| A A A
Bəzi rayonlarda təbii qazın verilişində fasilələr yaranacaq

Bakıda və Azərbaycanın bəzi rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.


"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən Mövqe.az-a bildiriblər ki, təmir işləri ilə əlaqədar avqustun 13-də saat 09:00-dan 18:00-dək "Cəlilabad" Qazpaylayıcı Stansiyandan qidalanan "Cəlilabad" ölçü qovşağında, saat 10:00-dan 18:00-dək "Ağasıbəyli", "Yuxarı Salahlı" Avtomatik Qazpaylayıcı Stansiyanda, saat 10:00-dan "Gəncə" Qazpaylayıcı Stansiyandan qidalanan "Hacıməlik" Qaztənzimləyici Məntəqəsində, "4 saylı" Qaztənzimləyici Məntəqəsində, saat 10:00-dan 15:00-dək "Qazax" Qazpaylayıcı Stansiyanda, saat 11:00-dan 18:00-dək "Ucar", "Zərdab" və "Lək" Qazpaylayıcı Stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.


Təmir işləri aparılan müddətdə Zərdab, Ucar rayonlarına, Samux, Göygöl, Qazax rayonlarının bir hissəsinə, Cəlilabad şəhərinə, Yasamal rayonunun İnşaatçılar və İzmir küçələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs