Əlaqə Arxiv
news Image
2020.09.27
22:55
| A A A
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib

Bugün səhər saatlarından etibarən Tərtər rayonu daxili olmaqla cəbhə boyu yerləşən yaşayış yerlərini Ermənistan silahlı qüvvələri hədəf alıb.

Trend-in yerli müxbirinin məlumatına görə, Tərtərdə də Ermənistan silahlı qüvvələrinin mülki evləri atəşə tutmasına baxmayaraq bir tərtərli belə evini tərk etməyib.

Düşmən atəşi nəticəsində Tərtərdə qaz, su, işıq və digər komunikasiyya xətələrinə ziyan dəyib, düşmən atəşi yaşayış evlərində yanğınlara səbəb olub. Dəymiş ziyan aradan qaldırılıb və yanğınlar söndürülüb.

Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhalini hədəf almayaraq nöqtə atışları ilə düşmənin silahlı qüvvələrini sıradan çıxarır.

Digər rayonlardan Tərtərə dəstək üçün xeyli sayda insanlar gəlib. Tərtərə gələn vətəndaşlar Tərtərə dəstək həmrəylik üçün gəldiklərini bilrirlər.

Hazırda isə artileriya səsləri duyulur.

Sizin Reklam Yeriniz