Əlaqə Arxiv
news Image
2020.09.29
11:51
| A A A
Goranboyun icra başçısının müavini: Kəndlərdən bir adam belə çıxmayıb

Ermənilərin Goranboy rayonunu atəşə tutması nəticəsində mülki əhali arasında insan tələfatı baş verməyib.

Bunu Trend-ə Goranboy rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Ceyhun Həsənov deyib.

C.Həsənov Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində rayonun infrastrukturuna ziyan dəydiyini, dəyən ziyanın məbləğinin hələllik müəyyən edilmədiyini söyləyib.

O, Goranboyda əhali arasında yüksək döyüş əzminin olduğunu da vurğulayıb.

RİH başçısının müavininin sözlərinə görə, orduda döyüşmək üçün müraciət edən könüllülərin sayı olduqca çoxdur:

“Goranboy rayon İcra Hakimiyyətinə, Hərbi Komissarlığına döyüşə getmək üçün edilən müraciətlərin ardı-arası kəsilmir. Rayon əhalisinin əhval-ruhiyyəsi çox yüksəkdir. Kəndlərdən bir adam belə çıxmayıb. Hər kəs yüksək döyüş əzmindədir”.

Sizin Reklam Yeriniz