Əlaqə Arxiv
news Image
2020.09.29
20:47
| A A A
Yol üstündə oturub qələbə xəbərini gözləyirəm - Yaşlı sakin

Mənim 85 yaşım var. İllər öncə evimdə ən geniş süfrəmi erməni qonaqlar üçün açdırıb, ən ləziz yeməklərimizi onlar üçün bişirtdirmişəm. Çünki onları evimdə qonaq bilmişəm. Qonağı xoş üzlə qarşılamaq, ona qonaqpərvərlik göstərmək bizim kəndimizin adətidir. Onlar isə mənə ahıl yaşımda ən ağır müsibəti, dözülməz bir dəhşəti yaşatdılar. Mənim ailəmi – qızımı, kürəkənimi, nəvəmi, nəticələrimi öz evlərində, qapının kandarındaca qanına qəltan etdilər.

Mövqe.az xəbər verir ki, bu sözləri AzərTac-a Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini Dəmir Əmirov deyib.

“Mən ağzı dualı ağsaqqalam. Bundan sonra bütün dualarım bizdən irəlidəki ordumuz üçündür. Onlar azğın düşmənə qarşı rəşadətlə vuruşurlar. Allah ordumuzu müzəffər eyləsin. Qoy, mənim günahsız ailə üzvlərimin də intiqamını əsgərlərimiz düşməndən alsınlar. Bu müsibətdən sonra necə dözəcəyimi bilmirəm. Amma elə buradaca, kəndimizin yolu üstündə oturub ordumuzdan qələbə xəbərini gözləyirəm”, - deyə Dəmir Əmirov bildirib.

Qeyd edək ki, Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə toplarla atəş açması nəticəsində Naftalanın Qaşaltı Qaraqoyunlu kəndinin sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub.

Sizin Reklam Yeriniz