Əlaqə Arxiv
news Image
2020.09.29
22:00
| A A A
Kamran Əliyev Rusiya bas prokuroruna müraciət edib

Bir sıra Rusiya kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının koməkliyi ilə göndəriləcəyinə dair bəyanatı yayılmışdır.

Mövqe.az-ın məlumatına görə, bundan başqa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun "Vzqlyad" qazetində Azərbaycanın mülki dinc əhalisinin yaşadığı Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərinin, o cümlədən beynəlxalq strateji əhəmiyyət kəsb edən Bakı-Ceyhan qaz kəmərinin atəşə tutulması barədə çıxışı da yer almışdır.

Qeyd edilənlərlə bağlı, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova və İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə rəsmi müraciət edərək bildirmişdir ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla, o cümlədən Cenevrə Konvensiyası və BMT-nin Təhlükəsizlik Şurasının qərarları ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutmuş, nəticədə mülki əhali arasında ölən və yaralananlar var.

Müraciətdə həmçinin göstərilmişdir ki, hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Hazırki vəziyyəti və yuxarıda qeyd edilənləri nəzərə alaraq, Baş Prokuror Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasəti yürüdən, o cümlədən bəyanatlarında Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208.1 (federal qanunla nəzərdə tutulmayan silahlı birləşmənin yaradılması, habelə belə bir qurumun rəhbərliyi və ya onun maliyyələşdirilməsi), 205.2.2 (KİV istifadə edilməklə terror fəaliyyətlərinə, terrorizmin ictimai əsaslandırılmasına və ya terrorizmin təbliğinə açıq çağırışlar), 280.2 (KİV istifadə edilməklə ekstremist fəaliyyətə açıq çağırışlar), 282.2 "b" bəndi (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması), 359.3 (muzdluluq) və digər maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş etməklə, məsələni şəxsi nəzarətlərinə götürülməsinə ümudvar olduğunu bildirmişdir.

***

Information of the Press Service of the Prosecutor General's Office of the Republic of Azerbaijan A number of Russian MM and social networks reported that Ara Abrahamyan, head of the Union of Armenians of Russia, would voluntarily send about 20 thousand Armenian compatriots living in Russia to Nagorno-Karabakh with the help of the Armenian diaspora in Russia. In addition, the chairman of the Center for the Study of the Middle East and Central Asia, Semyon Bagdasarov, shared his views in the "Vzglyad" newspaper about the shelling of the Ganja and Dashkasan districts inhabited by Azerbaijani citizens, as well as the Baku-Jeyhan gas pipeline of international strategic importance. In this regard, Kamran Aliyev, the Prosecutor General of the Republic of Azerbaijan, in his address to Igor Krasnov, the Prosecutor General of the Russian Federation and Alexander Bastrykin, the Chairman of the Investigative Committee, stated that from September 27th the military-political leadership of Armenia continued its provocative actions, blatantly violating the basic norms and principles of international humanitarian law. In contradiction with its obligations under the Geneva Conventions and UN Security Council resolutions, Armenian armed forces shelled densely populated areas of Azerbaijan from heavy artillery, resulting in civilian casualties. The address also states that densely populated areas - district and village centers, civil infrastructure facilities - hospitals, medical centers, school buildings, kindergartens are chosen as targets. Given the current situation and the above, the Prosecutor General is address asked to take all necessary legal actions about persons and organizations pursuing an aggressive policy against the territorial integrity of the Republic of Azerbaijan, including those who openly call for the commission of crimes provided for in Articles 208.1 (establishment of an armed group not provided for by federal law, as well as the leadership or financing of such an organization), 205.2.2 (open calls for terrorist activities using the media, public justification of terrorism or propaganda of terrorism), 280.2 (open calls to extremist activities using the media), Article 282.2 (b) (incitement to hatred or enmity, as well as humiliation of human dignity), Article 359.3 (mercenarism) and other articles of the Criminal Code of the Russian Federation. K.Aliyev also expressed hope that the issue would be taken under his personal control.

***

В ряде российских СМИ и социальных сетях распространилось заявление главы Союза армян России Ара Абрамяна о готовности армянской диаспоры в России направить в качестве добровольцев около 20 тысяч армян, проживающих в России, в Нагорный Карабах. Кроме этого, в газете "Взгляд" было опубликовано обращение директора Центра изучения стран Ближнего Востока и Центральной Азии Семена Багдасарова, призывающим к обстрелу мирного населения городов Гянджи и Дашкесана, а также имеющего стратегическое международноое значение газопровода Баку-Джейхан. В связи с этим, Генеральный прокурор Азербайджанской Республики Камран Алиев, обратившись к Генеральному прокурору Российской Федерации Игорю Краснову и председателю Следственного комитета Александру Бастрыкину, заявил, что начиная с 27 сентября военно-политическое руководство Армении, продолжая свои провокационные действия, нарушая основные нормы и принципы международного гуманитарного права, в том числе обязательства по Женевским конвенциям и резолюциям Совета Безопасности ООН, подвергла тяжелому обстрелу мирные и густонаселенные районы Азербайджана, что привело к жертвам среди мирного населения. В обращении также было отмечено, что целевыми объектами обстрела являются густонаселенные районы - районные и сельские центры, а также объекты гражданской инфраструктуры - больницы, медицинские пункты, школьные здания, детские сады. Исходя из вышеуказанного, Генеральный Прокурор, выразив просьбу о принятии необходимых мер воздействия в отношении лиц, чьи действия направлены против территориальной целостности Азербайджанской Республики, а также в отношении лиц, открыто призывающим к действиям, содержащим в себе все обязательные признаки преступлений, предусмотренных ч.1 ст. 208 (организация незаконного вооруженного формирования или участие в нем), ч.2 ст. 205.2 (публичные призывы к осуществлению террористической деятельности или публичное оправдание терроризма), ч.2 ст. 280 (публичные призывы к осуществлению экстремистской деятельности), п. "б" ч.2 ст. 282 (возбуждение ненависти либо вражды, а равно унижение человеческого достоинства), ч.3 ст.359 (наемничество) и другими статьями Уголовного кодекса Российской Федерации, выразил надежду, что данный вопрос будет взят под личный контроль.

Sizin Reklam Yeriniz