Əlaqə Arxiv
news Image
2020.09.30
11:59
| A A A
Deputat: "Energetik içkilərin reklamı məni narahat edir"

“Energetik içkilərin reklamı məni narahat edir. Xüsusilə özəl televiziya kanallarında onların reklamı gənclərin həmin içkilərə meylini artıran haldır”.

Mövqe.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat təklif edib ki, bununla bağlı “Reklam haqqında”qanuna dəyişiklik edilsin: “Dəyişikliklə isə energetik içkilərin reklamı qadağan edilsin”.

Sizin Reklam Yeriniz