Əlaqə Arxiv
news Image
2020.09.30
19:23
| A A A
Qarabağ Azərbaycandır!

Ermənilərin Azərbaycan sərhədlərində təxribat törətdikləri yeni deyil. Zaman-zaman mənfur ermənilər sərhədlərimizdə atəşkəsi pozmuş və dinc əhaliyə zərər vurmuşlar. Sentyabrın 27-də səhər saatlarında başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb.
     Həmişə olduğu kimi bu dəfədə mənfur düşmənimiz ordumuza qalib gələ bilmədikləri üçün beynəlxalq hüquq normalarını və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirirlər. Bu təcavüz zamanı 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycanın apardığı uğurlu diplomatiya sayəsində ermənilər dünya birliyi tərəfindən irticaçı, təcavüzkar bir dövlət kimi tanınır. Ermənilərin Dağlıq Qarabağla bağlı arzuları puç olmaqdadır. Belə ki, artıq beynəlxalq təşkilatlar və bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edirlər.
     Türkiyə rəhbərliyi və qardaş türk xalqı hər zaman Azərbaycanın yanında olduğunu və Azərbaycanın bu haqq işini dəstələdiyini bütün dünyaya bəyan edir.
     Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən, torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Azərbaycan Ordusunun qələbə çalacağı gün uzaqda deyil. Bütün Azərbaycan xalqı bu qələbənin yaxında olduğuna inanır, güvənir. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi Qarabağ Azərbaycandır!

Nəsimi rayon sakini
Bağırova Günel

Sizin Reklam Yeriniz