news Image
2013.08.14
11:57
| A A A
Bu gündən rezidenturaya sənəd qəbulu başladı

Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (namizədlər) malikdir.

Mövqe.az TQDK-nın rəsmi saytına istinadən məlumat verir ki, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılacaq.

 Namizəd şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın virtual ödəmə kartı"ndan (iş nömrəsindən və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerez) daxil olmalı və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurmalıdır. Namizəd virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətindən istifadə etməklə əldə edə bilər. Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təq­dim edib "Namizədin elektron ərizəsi" formasını təsdiq etdirilməlidir. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi 2013-cü il sentyabrın 9-da, ikinci mərhələsi 2013-cü il sentyabrın 10-da keçiriləcək.

 

Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.

 

Namizədlər imtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq özləri ilə gətirməlidirlər.

 

İxtisas seçiminə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmayan namizədlər buraxılırlar. Müsabiqədə iştirak etməyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun olaraq istədiyi ixtisasları seçməli və onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləməlidir.

 

Qeyd edək ki, rezidenturaya sənəd qəbulu avqustun 23-də bitəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs