news Image
2012.05.15
16:10
| A A A
Daha bir prospekt zibil problemiylə üzləşib
Movqe.Az xəbər verir ki, Nərimanov rayonun Atatürk prospektinin sakinləri zibil qabı problemiylə üzləşiblər. 

Lakin bu dəfə problem zibil yeşiklərinin olmamasında yox, onların dolu olmasındadır.

Orada yaşayan Zəhra adlı sakinin sözlərinə əsasən, bu ərazi günlərlə zibildən təmizlənmir.

Qeyd edək ki, burada sakinlər üçün zibil qabı yerləşdirilib. Lakin zibil maşınları naməlum səbəbdən bu məhəllədən keçmək belə istəmirlər.

Digər sakinin sözlərinə görə isə, onlar hətda arada pulda yığırlar ki, zibil maşınları gətirsinlər. Çünki bu ərazinin iyindən oradan keçmək belə mümkün deyil.

Onuda qeyd edək ki, bunun səbəbini bilmək üçün, lazımi orqanlara müraciət etsəkdə zəngimiz cavabsız qaldı.

Türkan Nadirqızı

Movqe.Az