Əlaqə Arxiv
news Image
2013.08.14
16:49
| A A A
“İrəli” İctimai Birliyi ali məktəb üzrə nümayəndələrin qəbulunu elan edir

"İrəli" İctimai Birliyinin 8 illik fəaliyyəti nəticəsində sıralarında 30 min nəfərdən artıq gənc cəmlənib.


Mövqe.az xəbər verir ki, təşkilatın üzvlərinin böyük əksəriyyəti ali məktəblərdə təhsil alan tələbələrdir.


Birliyin Azərbaycanın müxtəlif bölgələrində yerləşən 32 ali təhsil müəssisəsində (universitet, institut, akademiya) nümayəndəliyi fəaliyyət göstərir.


Ali təhsil müəssisələrindəki nümayəndələr "İrəli" İctimai Birliyi ilə təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, Birliyin fəaliyyəti ilə bağlı məlumatların ali təhsil müəssisəsində təhsil alan tələbələrə daha operativ şəkildə çatdırılması və həmin tələbələrin keçirilən layihələrdə daha aktiv şəkildə iştirakını təmin etmək vəzifəsi daşıyır.


Ali təhsil müəssisəsi üzrə nümayəndələr "İrəli" İctimai Birliyinin təşkilatçılıq bacarığı və təcrübəsi olan fəal üzvləri sırasından seçilir və təşkilatın təhsil ocağında fəaliyyətinin təşkili məsələləri ilə məşğul olur.


Hər il olduğu kimi bu il də yeni tədris ilinin başlanması ilə əlaqədar "İrəli" İctimai Birliyi yeni ali təhsil müəssisəsi üzrə nümayəndələrin seçimlərinə start verir.


Müsabiqədə iştirak etmək istəyənlər 20 avqust tarixinə qədər elektron ərizə formasını dolduraraq birliyə müraciət edə bilərlər.


"İrəli" İctimai Birliyinin ali məktəb üzrə nümayəndəsi olmaq üçün şərtlər isə bunlardır:


- "İrəli" İctimai Birliyinin üzvü olmaq;


- Tələbə olmaq;


- İctimai fəaliyyət təcrübəsinə malik olmaq.

Sizin Reklam Yeriniz