news Image
2012.05.15
19:43
| A A A
“Eurovision”un yarımfinal və final gecəsi Bakı metrosu səhərədək işləyəcək

Azərbaycanda keçiriləcək 57-ci "Eurovision-2012" beynəlxalq mahnı yarışmasının yarımfinal və final günlərində Bakı Metropaliteni fasiləsiz olaraq 24 saat işləyəcək. Modern.az xəbər verir ki, bu fikirləri Nəqliyyat Nazirin müavini Musa Pənəhov bildirib. Nazir müavini deyib ki, burada məqsəd yarımfinal və final günlərində sərnişinlərin nəqliyyat problemləri yaşamamasına çalışmaqdır.

M.Pənahov qeyd edib ki, yarışma Bakı vaxtilə saat 23-00-da başlayacaq və gecə saat 3-4-də kimi davam edəcək. Tamaşaçılar xüsusi avtobuslarla "Bakı Kristal Zalı"dan qabağcadan təyin olunmuş xüsusi avtobus dayanacaqlarına gətiriləcək. Kimi öz şəxsi avtomobilləri ilə öz evlərinə gedəcək, kimi də metro ilə hərəkət edəcək.

Qeyd edək ki, Bakıda keçiriləcək 57-ci "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsinin yarımfinal mərhələsi 22 və 24 mayda, final isə 26 may tarixində keçiriləcək.