Əlaqə Arxiv
news Image
2020.10.20
07:00
| A A A
Bir gün qələbə ilə hər gün Qarabağda
Həsrətin sona çatır Qarabağ. 30 ilə yaxındır ki düşmən işğalında olan torpaqlarımıza qovuşuruq. Artıq şanlı qələbəyə çox az qalıb. Hər keçən gün buna daha da çox inanırıq və hər keçən günün ərazilərimizin alınmasının şahidi oluruq. Son aldığımız xəbərə görə artıq Füzuli rayonu düşmən işğalından azad olunub. Lakin digər olanları ermənilərin törətdikləri digər vəhşilikləri göz önünə gətirsək vəziyyət heç də ürək açıcı deyil. Ermənilərin Mingəçeviri, Gəncəni dinc əhalini hücumlara məruz qoyması, rayonlara raket atması, günahsız körpələrin, yaşlıların, qadınların, günahsız insanların həlak olması, yaranlanması onların hər dəfəsində necə şərəfsiz olduqlarını göstərir.
 Düşünürəm ki düşmən belə olsa mərd olmalı, savaş meydanında cəbhədə öz gücünü göstərməlidir. Erməni şərəfsizləri kimi dinc əhaliyini hədəf almaqla müharibə etmək düzgün deyil. O günahsız insanların qanı yerdə qalmayacaq.
Bizim torpaqlarımızı ələ keçirib bizə qarşı müharibə aparan millətdən nə gözləmək olar ki? O vəhşilikləri gördükcə insanın içi parçalanır. Hansı müharibə ilə bağlı olan qanunda dinc əhaliyə hücum etmək var? Düşmənin belə ən şərəfsizinə rast gəlmişik hansı ki cəbhədə savaşa gücü çatmağı təqdirdə evlərə raket atır. 30 ilə yaxındır çox danışıqlar yoluna əl atdı dövlətimiz hər zaman danışıqlar yolu ilə alınacağına inandıq lakin uzun müddət sonra bunun mümkün olmadığını gördük. Cənab Ali Baş Komandan İlham Əliyev özü də bildirdiyi kimi artıq heç bir danışığın bir mənası yoxdur heç kimi dinləməyəcəyik son qərar bütün işğalda olan torpaqlarımız düşmən işğalından azad olacaq. Torpağından didərgin düşmüş insanlar öz ellərinə qayıdıb şən, firavan həyat sürəcəklər. Azərbaycan isə öz ərazi bütövlüyünü daima qoruyub saxlayacaqdır.
Məmmədov Mehnur Azər oğlu
Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi 
Sizin Reklam Yeriniz