Əlaqə Arxiv
news Image
2013.08.19
12:46
| A A A
Səlim Müslümov Oğuzda şikayətçiləri qəbul edəcək
Görüşdə Şəki və Mingəçevir, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak edə biləcək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 26 avqust 2013-cü il tarixdə, saat 10:00-da Fondun Oğuz rayon şöbəsinin inzibati binasında Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. 

DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, qəbulda iştirak edəcək vətəndaşların avqustun 26-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Oğuz rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunacaq.

Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34, Şəki şəhər şöbəsində (024) 244-89-20, Mingəçevir şəhər şöbəsində (024) 274-26-62, Balakən rayon şöbəsində (024) 295-32-17, Qax rayon şöbəsində (024) 255-22-44, Zaqatala rayon şöbəsində (024) 225-68-88, Oğuz rayon şöbəsində (024) 215-34-73, Qəbələ rayon şöbəsində (024) 205-06-99.
Sizin Reklam Yeriniz