news Image
2013.08.19
13:51
| A A A
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.


Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə imtahanların nəticəsinə görə 1597 nəfər müsahibə mərhələsinə buraxılıb. 12-16 avqust 2013-cü il tarixlərində keçirilən müsahibənin nəticəsinə əsasən 1245 müəllim işə qəbul olunub.

 Bu gün saat 10:00-dan müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə əlavə yerləşdirmə üçün ərizə qəbuluna başlanılıb. Vakant yerlərin seçim prosesi  avqustun 21-də, saat 18:00-da başa çatdırılacaq.

 Əlavə yerləşdirmədə iştirak etmək üçün keçid balını toplayan, lakin işə qəbul olunmayan namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola, ixtisası üzrə ən çoxu 4 vakant yer seçə və seçimlərini təsdiqləyə bilərlər.

 Əlavə yerləşdirmənin nəticələri haqqında müvafiq məlumat avqustun 21-də, saat 19:00-da dərhal namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Əlavə yerləşdirmə nəticəsində vakant yerləri tutanlar üçün avqustun 23-də müsahibə keçiriləcək.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs