news Image
2013.08.19
14:06
| A A A
700 bal toplayan abituriyentlərin ali məktəb seçimi

Rekorda imza atan 6 abituriyent artıq universitet seçimini edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə keçirdiyi qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən yeni xəbər var. Modern.az saytının xəbərinə görə, rekorda imza atan 6 abituriyent artıq universitet seçimini edib.


III ixtisas qrupu üzrə imtahan verən Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyini bitirən Flora Qafarova Qafqaz Universitetinin tərcüməçilik fakültəsini seçib. 


Eyni qrupda imtahan verən Tovuz rayonunun Bozalqanlı kənd orta məktəbinin məzunu Nərmin Murğuzova, Bakı şəhəri, Nərimanov rayonu 258 saylı orta məktəbin məzunu Məhəmməd İsmayılov və Mingəçevir şəhəri 3 saylı orta məktəbin məzunu olan Nərmin Məmmədli Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsini seçiblər.


IV ixtisas qrupu üzrə imtahan verən Bakı şəhəri 98 saylı orta məktəbin məzunu Osman Müslümov isə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. 


Eyni qrupa aid Mingəçevir şəhəri 7 saylı məktəbin məzunu olan Aytən Paşazadənin seçimi də bu cürdür - Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsi.


I və II ixtisas qrupları üzrə 700 bal toplayan olmayıb. I ixtisas qrupunda ən yüksək nəticə 695 bal, II ixtisas qrupunda isə ən yüksək nəticə 690 bal olub.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs