news Image
2013.08.19
15:19
| A A A
Əmək haqqları artacaq
Musa Quliyev: "Demək olar ki, bütün katerqoriyalarda əmək haqlarının artırılması gözlənilir"

Musa Quliyev: "Demək olar ki, bütün katerqoriyalarda əmək haqlarının artırılması gözlənilir"

"Avqust ayının sonunda yəqinki biz büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artımını nəzərdə tutan prezident sərəncamını görəcəyik". 


Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib. O qeyd edib ki, maaşların nə qədər artırılacağı dövlət başçısının səlahiyyətində olan məsələdir. 

"Demək olar ki, bütün katerqoriyalarda əmək haqlarının artırılması gözlənilir və bu, olacaq. Müəllimlər, həkimlər, mədəniyyət işçiləri, dövlət qulluqçuları, büdcədən maliyyələşən digər təşkilatlarda çalışan işçilərin hamısının əmək haqlarında artım gözlənilir. Cənab prezident də öz çıxışlarında bunu söyləyib. Yəqinki gələn həftə içərisində bu baş verəcək".


Əmək haqlarının artımına uyğun olaraq bazarda müəyyən məhsulların bahalaşacağının gözlənildiyinə də toxunan deputat vurğulayıb ki, qiymət artımı Azərbaycandakı təbii iqtisadi proseslərin nəticəsi deyil.

"Bu, bəzi işbazların oyunlarıdır, yəqinki buna görə də İqtisadi İnkişaf Nazirliyinin müvafiq idarələri daha çox fəallıq göstərməlidirlər, müvafiq tədbirlər görməlidirlər. Qiymətlərin artırılmasının iqtisadi proseslərə aidiyyatı yoxdur. Bu, süni sürətdə aparılan artımlardır. İşbazlar da bilirlər ki, avqustun axırlarında, sentyabrın əvvəllərində əməkhaqları artacaq və belə edirlər. Heç şübhəsiz ki, İqtisadi İnkişaf Nazirliyi bu məsələni hər gün nəzarətində saxlamalıdır".


Xatırladaq ki, 2013-cü il ərzində maaş və pensiyalar hələki artmayıb....


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs