Əlaqə Arxiv
news Image
2013.08.21
12:30
| A A A
AVCİYA bölgələrdə seminarlar keçirib

AVCİYA  Qəbələ, Oğuz, Ağdaş müşahidəçiləri üçün seminarlar keçirib.

Mövqe.az xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı  9 oktyabr 2013 – cü il tarixində keçiriləcək Prezident seçkiləri ilə əlaqədar regionlarda seminarları davam etdirir. Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Şirvan, Hacıqabul, Sabirabad, Salyan  rayonları üzrə keçirilən seminarlardan sonra avqustun 20 – 21 – də AVCİYA Qəbələ  regional ofisinin təşkilatçılığı ilə Qəbələ, Oğuz və Ağdaş rayonlarında seçkiləri müşahidə edəcək şəxslər üçün seminarlar keçirilib.

AVCİYA Seçki Qərargahının rəhbəri, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı seminarlarda məruzələr  edərək assosiasiyanın beynəlxalq əlaqələrindən, müxtəlif ölkələrdə keçirilən seçkilərdə AVCİYA nümayəndələrinin müşahidə missiyalarında iştirakından, Preziden seçkiləri ilə bağlı bu ilin əvvələrindən görülmüş işlər barədə geniş məlumat verib. Bundan sonra M. Zülfüqarlı müşahidəçilərin hüquq və vəzifələri, seçki günü müşahidəçilərin 3 mərhələdə aparacaqları monitorinqin hər bir mərhələsində görəcəkləri işlər barədə konkret məlumat verib. 

AVCİYA Seçki  Qərargahının hazırladığı "Müşahidəçilər üçün yaddaş kitabçası"ı da yaxın günlərdə müşahidəçilərə təqdim ediləcək. Regionlarda növbəti seminarlar  AVCİYA – nın , Zaqatala regional ofislərinin təşkilatçılığı ilə təşkil olunacaq.

Sizin Reklam Yeriniz