Əlaqə Arxiv
news Image
2013.08.21
14:01
| A A A
Bulvarda əhali üçün pulsuz idman alətləri quraşdırılacaq

Bakıda açıq havada əhali üçün pulsuz idman alətlərindən ibarət meydança xidmət göstərəcək.


Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov "APA-Economics"ə bildirib ki, meydança gələn il dənizkənarı bulvarın yeni hissəsində olacaq.

 

"2014-cü ildə dənizkənarı bulvarın yeni hissəsində əhali üçün idman alətlərindən ibarət meydança istifadəyə veriləcək. Meydançanın eni və uzunluğu təxminən 100 m olacaq. Meydançada müxtəlif sayda müxtəlif idman qurğuları yerləşdiriləcək. Əhali sərbəst şəkildə bu idman alətlərindən pulsuz istifadə edə biləcək", - deyə Nazim Məcidov əlavə edib.  

 

Qeyd edək ki, analoji meydançalar qonşu Türkiyədə fəaliyyət göstərir. Şəhər bələdiyyələri parklar və dəniz kənarlarında müxtəlif idman alətləri quraşdırıb. Alətlərdən həm yerli sakinlər, həm də turistlər istifadə edirlər.

Sizin Reklam Yeriniz