Əlaqə Arxiv
news Image
2013.08.21
16:32
| A A A
Ali məktəblərin boş qalan (vakant) yerlərinə ixtisas seçimi sabah bitir

Həmin yerlərə ixtisas seçimi 18 avqustdan başlayıb

Ali məktəblərin boş qalan (vakant) yerlərinə ixtisas seçimi sabah bitir. Bu baradə APA-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O bildirib ki, bu gün saat 15:00-a olan məlumata görə, 8247 nəfər ixtisas seçimi edib. Onlardan 2278 nəfər I qrup, 1187 nəfər II qrup, 4150 nəfər III qrup, 632 nəfər isə IV qrupa sənəd verən abituriyentlərdir.


Qeyd edək ki, ali məktəblərin boş qalan (vakant) yerlərinə ixtisas seçimi avqustun 18-dən başlayıb. Həmin yerlərə ixtisas seçimi 22-dək internet vasitəsilə aparılacaq.


Sizin Reklam Yeriniz