Əlaqə Arxiv
news Image
2013.08.22
15:05
| A A A
Paytaxtda yol kənarında avtomobil saxlamaq qadağan edilib

Bakının mərkəzində yol kənarında avtomobil saxlamaq qadağan edilib.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxt ərazisində tıxacların aradan qaldırılması, həmçinin piyadaların təhlükəsiz hərəkətini tam təmin etmək üçün paytaxtın mərkəzində yerləşən Neftçilər, Rəşid Behbudov, Azadlıq, Azərbaycan prospektləri və G. Səfərəliyeva, Üzeyir Hacıbəyov, İstiqlaliyyət , Əziz Əliyev, Ə. Cavad, 28 may, Bülbül, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Füzuli, Nizami küçələri və "Nizami" metro stansiyasının qarşısında yerləşən Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsindən Ə. Hüseynzadə küçəsinə qədər olan hissə,  Hökumət Evinin ətrafı, (Gənclər meydanı, Qoşa Qala Qapısı),  Xəqani adına bağın ətrafı (keçmiş "9 Yanvar" bağı) və digər yerlərdə parklanma və durma qəti qadağandır. Qeyd olunan ərazilərdə bununla bağlı müvafiq yol nişanları da quraşdırılıb.

 

V. Əsədov həmçinin bildirib ki, qanunun göstərişin əməl etməyən sürücülər inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər.

 

V. Əsədov sürücülərə avtomobillərini yeni istifadəyə verilən yeraltı qarajlarda saxlamağı məsləhət görüb.

 

O sürücülərə müraciətində bildirib ki, DYP tərəfindən təyin edilən cərimə məbləği göstərilən  dayanacaqlarda avtomobili saxlamaq üçün ödənilən məbləğdən bir neçədə dəfə artıqdır. 

Sizin Reklam Yeriniz