news Image
2013.08.22
16:45
| A A A
Rieltorların fəaliyyəti hələ də qanunla tənzimlənmir
Nüsrət İbrahimli: «Azərbaycanda rieltorların fəaliyyəti dolayı yolla tənzimlənir»

Ramil Osmanlı: "Rieltorların fəaliyyəti ilə əlaqədar qanunun olmaması bir sıra problemlər yaradır"


Azərbaycanda uzun müddətdir ki, daşınmaz əmlakın alış-satışında rieltor xidmətindən  geniş şəkildə istifadə olunur. Lakin onların fəaliyyəti qanunvericilik əsasında həyata keçirilmir. Bu sahədə müvafiq qanun qəbul olunmayıb. Rieltorların fəaliyyətini tənzimləyən qanunun olmaması bir sıra problemlərin yaranmasına səbəb olur. Qanunun qəbul olunmasının nə səbəbdən geçikməsi, əgər qanunla tənzimlənərsə, rieltor fəaliyyəti xidmətində hansı üstünlüklərin yaranacağı barədə araşdırma apardıq.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri  Ramil Osmanlı isə saytımıza açıqlamasında bu sahədə qanun qəbul olunarsa, Azərbaycanda rieltorlara olan etimadın möhkəmlənəcəyini deyib: "Rieltorların fəaliyyəti ilə əlaqədar qanunun olmaması bir sıra problemlər yaradır. Bu, ən birinci rietorların fəaliyyətinin tənzimlənməsində ciddi problemlər yaradır ki, nəticə etibarilə bu da ölkədə rieltorlara olan etimadın aşağı düşməsinə gətirib çıxardır. Qanunun olmamasının yaratdığı ən başlıca çətinlik budur. Digər cəhətdən isə rieltor və alıcı, rieltor və satıcı münasibətlərinin tənzimlənməsi vasitəçiliyinin müəyyən olunması və s. məsələlərdə çox ciddi problemlər yaradır. Hesab edirəm ki, qanunvericilikdə belə bir qanunun qəbul olunması bütövlükdə Azərbaycanda rieltor fəaliyyətinin tənzimlənməsində müsbət təsir göstərə bilər. Nəticə etibarilə bu da  həm xidmət haqqlarının, həm də rieltorlarla tərəflər arasında yaranan problemlərin hüquq müstəvisində tənzimlənməsi, bu problemlərin aradan qaldırılması və s. istiqamətində ciddi irəliləyişlərə nail olmaq olar. Eyni zamanda,  bu rieltorlara qarşı etimadın möhkəmlənəsi ilə nəticələnə bilər ".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs