news Image
2013.08.23
11:49
| A A A
Avqustun 25-də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək

Avqustun 25-də ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək.


APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, imtahanın keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi, 351 imtahan rəhbəri, 3314 nəzarətçi-müəllim ayrılıb.

 

Müsabiqədə iştirak etmək üçün 39 551 abituriyent ərizə verib. Onlardan 15 986 nəfəri oğlan, 23 565 nəfəri isə qızdır. 38 540 abituriyent Azərbaycan bölməsi, 1011 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

 

Ərizə verənlərin 283 nəfəri artıq orta ixtisas təhsil müəssisələrindən məzun olmuş şəxslər, 47 nəfəri isə ali təhsillidir. 114 abituriyent xarici ölkə vətəndaşıdır.

 

Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent isə 2001-ci il təvəllüdlüdür.

 

Qəbul imtahanı mərkəzləşmiş qaydada respublikanın 12 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda keçiriləcək. Bakı şəhərində 11961, Naxçıvanda 1892, Gəncədə 3429, Tovuzda 1166, Sumqayıtda 2448, Mingəçevirdə 2417, Şəkidə 2064, Ağcabədidə 1537, Göyçayda 2119, Şirvan 2625, salyanda 1634, Lənkəranda 1656, Masallıda 1534, Xaçmazda isə 2469 abituriyentin imtahan verəcəyi gözlənilir.

 

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq.

 

Abituriyentlərin ərizələrinin qəbulu iyunun 17-dən avqustun 16-dək internet vasitəsilə aparılıb. Qəbul qaydaları, qəbul haqqında elan, qəbul aparılan ixtisasların siyahısı və plan yerləri haqqında məlumat "Abituriyent" jurnalının 4-cü sayında dərc olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs