news Image
2013.08.23
12:32
| A A A
Prezident təqaüdü almaq üçün tələb olunan ballar açıqlanıb
Prezident təqaüdünü yalnız Azərbaycanda təhsil alan tələbələr ala bilər

"Prezident təqaüdünü yalnız Azərbaycanda təhsil alan tələbələr ala bilər". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə TQDK sədri Məleykə Abbaszadə verib.

 

"Bu səbəbdən araşdırmalar aparılır. Lakin mən ilkin məlumatları deyə bilərəm. Araşdırırıq görək bu siyahıda xaricdə təhsil almaq üçün müraciət edənlər var, ya yox? 25 nəfərlik siyahıda axırıncı adam I qrupdan 679 bal toplamış abituriyentdir. İkinci qrup üzrə təqaüdə düşmək balı hələlik 665, III qrupda 686, IV qrupda 680-dır. Ola bilsin ki, bu balları toplamış abituriyentlərdən kimsə xaricdə təhsil proqramına daxil olsun, o zaman həmin şəxslərin adları bu siyahıdan çıxarılacaq. Həmin şəxslərin əvəzinə siyahıya  növbəti balı toplayan abituriyent daxil ediləcək". 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs