Əlaqə Arxiv
news Image
2013.08.23
14:25
| A A A
Bakı Ali Neft Məktəbinə maraq rekord həddə çatıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı Ali Neft Məktəbinə qəbul kampaniyasının göstəriciləri bu təhsil ocağının test imtahanlarında yüksək bal toplamış abituriyentlərin diqqət mərkəzində olduğunu bir daha sübut etmişdir.


Trend-ə daxil olan məlumata görə, Bakı Ali Neft Məktəbinin qəbul elan etdiyi ixtisaslar üzrə minimal keçid balları müvafiq olaraq "Neft-qaz mühəndisliyi" ixtisası üzrə dövlət sifarişli yerlərə 648, ödənişli yerlərə 637, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə 650, "Kimya mühəndisliyi" ixtisası üzrə 634 bal olmuşdur. İxtisaslar üzrə orta ballar uyğun olaraq 661, 669 və 646, ümumiyyətlə ali məktəb üzrə 656 bal olmuşdur. Keçən il isə bu rəqəm 631 bal olmuşdur.


Ali məktəbə qəbul olanların 50%-i 650-dən çox bal toplamış abituriyentlərdir. Onlardan 48-i azərbaycan, 12-si rus bölməsində təhsil alanlardır.


"Neft-qaz mühəndisliyi" ixtisası üzrə maksimal göstərici 685, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə 690, "Kimya mühəndisliyi" ixtisası üzrə isə 695 bal olmuşdur.


I qrup ixtisasları üzrə qəbulda test imtahanlarında ən yüksək 695 bal toplamış iki abituriyentdən biri- Qafarlı Sevinc Bakı Ali Neft Məktəbini seçmiş və "Kimya mühəndisliyi" ixtisasına qəbul olmuşdur.


Bu göstəricilər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi neft strategiyasının perspektivlərinə olan böyük inamı, istedadlı gənclərin mühəndislik ixtisaslarına böyük marağı, ARDNŞ-nin həyata keçirdiyi böyük layihələrin perspektivləri və Bakı Ali Neft Məktəbinin cəmiyyətdə nüfuzunun ildən-ilə artması ilə bağlıdır.

Sizin Reklam Yeriniz