news Image
2013.08.23
15:22
| A A A
Bakıda 975 şagird I sinfə vaxtından əvvəl qəbul edilib

Trend xəbər verir ki, Bakı şəhəri üzrə uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı 3788 ərizə daxil olub. Avqustun 20-də Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə ərizə qəbulu başa çatıb.

Bakı şəhərində uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün yaradılmış komissiyalar avqustun 5-dən Nəsimi rayonundakı 42 nömrəli məktəbdə fəaliyyət göstərir. Həmin komissiyaların hər birində ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlər təmsil olunur.

Bakı şəhəri üzrə uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı 3788 ərizə daxil olmuşdur. Avqustun 20-dək müsahibədən keçirilmiş 1868 uşaqdan 975-nin vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilib.

Müsahibə valideynlərin iştirakı ilə keçirilir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə müsahibənin videoçəkilişi aparılır. Bu il 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqlarla aparılan müsahibənin sentyabrın 10-da başa çatdırılması nəzərdə tutulub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs