Əlaqə Arxiv
news Image
2013.08.26
11:44
| A A A
TQDK sədri Şirvan və Ağcabədi vətəndaşları ilə görüşəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sentyabrın 2-də  Şirvan şəhərində, sentyabrın 3-də isə Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək.

 TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şirvan şəhərində keçiriləcək qəbulda Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Salyan və  Neftçala rayon sakinləri, Ağcabədi şəhərində keçiriləcək qəbulda isə Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Tərtər, Bərdə, Zərdab və İmişli rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər. 

 

Qəbula gəlmək istəyən vətəndaşlar Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Sizin Reklam Yeriniz