Əlaqə Arxiv
news Image
2013.08.26
20:15
| A A A
Azərbaycanda nikaha daxil olanlardan tibbi arayış tələb olunacaq

Azərbaycanda Ailə Məcəlləsinə əlavə və dəyişikliklər olunacaq.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

O qeyd edib ki, bura nikaha daxil olanlardan tibbi arayış tələb olunması, nikaha daxil olanlarla bağlı daha bir sıra məlumatların gizlin saxlanılması və bir sıra məsələlər daxildir.

 Komitə sədri bildirib ki, əlavə və dəyişikliklər layihəsi parlamentin payız sessiyasının ilk iclaslarından birində müzakirəyə çıxarılacaq. 


Sizin Reklam Yeriniz