Əlaqə Arxiv
news Image
2013.08.27
12:09
| A A A
Bakıda daha bir avtomobil yolunun təmirinə başlanıb

Bakı şəhərində Zabrat-Pirşağı avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Bu barədə "APA-Economics"ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.


Onun sözlərinə görə, mövcud yolun uzunluğu 9 km, eni isə 7 metrdir. İki hərəkət zolağından ibarət olan yolun genişləndirilərək 4 zolaqdan ibarət olması nəzərdə tutulub.

 "Hazırda işlər sürətlə davam edir. Yolun yenidən qurulması işlərinin payızda başa çatdırılması planlaşdırılır", - deyə P.Mürsəliyev qeyd edib. 

Sizin Reklam Yeriniz