Əlaqə Arxiv
news Image
2013.08.27
13:25
| A A A
“Azərbaycanda gənclərin təhsildən sonra işlə təminatında problemlər var”

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev "Gənclərin məşğulluğu və Həmkarlar ittifaqlarına cəlbi" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında bildirib.

 AHİK sədri qeyd edib ki, bəzən işəgötürənlər gənclərin hazırlıq səviyyəsinin aşağı olmasını bəhanə gətirərək onları işə qəbul etmirlər. Onun sözlərinə görə, bu problem diqqətdə saxlanılır: "Biz bunun üzərində də çalışırıq. Məsələn, gənclərin təhsil vaxtı aidiyyatı müəssisələrdə təcrübə qazanması təmin olunur və bu da gənclərin təhsilini başa vurduqdan sonra həmin yerlərdə işlə təminatına şərait yaradır".

Sizin Reklam Yeriniz