news Image
2013.08.27
15:39
| A A A
Pensiyalar əhəmiyyətli dərəcədə artacaq

Pensiyaların baza hissəsinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir

Yaxın günlərdə pensiyaların baza hissəsi artırılacaq. Mövqe.az məlumat verir ki, bu şad xəbəri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov açıqlayıb. Fond rəhbərinin sözlərinə görə, artımın əhəmiyyətli məbləğdə olacağı gözlənilir.

"Bizim təqdim etdiyimiz məlumatlarda pensiyaların baza hissəsinin 15-20% artırılması təklif olunub. Amma yəqin ki, yaxın günlərdə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin imkanların uyğun müəyyən olunacaq ki, artımın miqdarı bilinəcək".