news Image
2013.08.28
14:08
| A A A
Azərbaycanda analıq məzuniyyətinə görə müavinət artacaq

Azərbaycanda öhdəsində yeni doğulmuş uşaq olan işləyən qadınların analıq məzuniyyətinə görə aldıqları müavinətlərin həcmi 50% artırılacaq.

Mövqe.az-ın məlumatına örə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov pensiyaların baza hissəsinin artımına dair bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

"Məlumdur ki, öhdəsində yeni doğulmuş uşaq olan işləyən qadınlar 3 il müddətinə analıq məzuniyyətinə çıxa bilər. Onlar əvvəlcə birinci 1,5 il məzuniyyətdə olurlar və buna görə ayda 20 manat alırlar. Növbəti il yarım məzuniyyəti davam etdirdikdə isə 10 manat müavinət alırlar. Lakin dövlət başçısının yeni sərəncamı ilə bu kateqoriyaya aid olan qadınların analıq məzuniyyətinin müavinəti ilk il yarım üçün 30 manata, növbəti il yarım üçün isə 15 manata qədər artırılıb. Bu məqsədlə 1 il ərzində 4 mln. manata yaxın əlavə vəsait tələb olunur", - deyə DSMF sədri aydınlıq gətirib.

 

Qeyd edək ki, bu yenilik analıq məzuniyyətində olan 43 min işləyən qadını əhatə edəcək.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs