Əlaqə Arxiv
news Image
2013.08.28
15:33
| A A A
Təhsil naziri şimal-qərb bölgəsində şikayətçiləri qəbul edib

Görüşdə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarının sakinləri iştirak ediblər

Təhsil naziri Mikayıl Cabbarov Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edib. Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, təhsil şöbələri müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilib. 


Müraciətlər, əsasən, müəllimlərin işə qəbulu, ucqar kənd məktəblərində işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiqi, bir təhsil müəssisəsindən digərinə köçürülmə, təhsil haqqından azad olunma, təhsil sənədlərinin tanınması, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu və digər məsələlərlə əlaqədar olub.


Qəbulda 61 nəfər vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı təhsil şöbələrinin müdirlərinə və nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

Sizin Reklam Yeriniz