news Image
2013.08.30
11:02
| A A A
Surroqat ana və donor bankı məsələsi yenidən mübahisəli qanun layihəsinə salına bilər-Özəl
Nusa Quliyev: "“Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə surroqat ana donor bankı ilə bağlı məsələlərin salınmaması barədə hələ tam qərar verilməyib"

""Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinə surroqat ana donor bankı ilə bağlı məsələlərin salınmaması barədə hələ tam qərar verilməyib. Biz dindarların fikirlərini nəzərə alaraq, hələki qanun layihəsindən surroqat ana donor bankı ilə bağlı məsələləri çıxartmışıq. Amma mən bunu geriyə addım sayıram".

Bu sözləri Movqe.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev söyləyib. M. Quliyev bildirib ki, Əhalinin sağlamliğinin qorunmasi haqqinda  qanunda hələ 15 il əvvəl  Ailənin planlaşdirilmasi və insanin reproduktiv funksiyalarinin tənzimlənməsi müddəası yer alıb: "29-cu maddədə  Süni mayalanma və embrionun implantasiyası nəzərdə tutulub.  Bu maddədə bildirilir: Yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ vardır. Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir. Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.  Amma bu gün biz bunu yeni hazırlanan "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinə sala bilmirik. Bu geriyə addım deməkdir".

Bununla belə M. Quliyev deyir ki, hazırda donor məsələsi Azərbaycan üçün aktual deyil: "Süni mayalanmaya müraciət edən 2000 nəfərdən 100 nəfərinin ancaq donora ehtiyacı olur. Bu rəqəmlər göstərir ki, qanuna donor məsələsinin salınmaması elə də problem yaratmayacaq. Üstəlik, müsəlman ölkələrinin çoxunda bu məsələ qanuna salınmayıb. Amma gələcəkdə bu məsələyə baxıla bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs