news Image
2012.05.18
15:07
| A A A
Dondurma yoxsa soyuq içki?

Alimlər iddia edirlər ki, dondurma və soyuq içkilər orqanizm üçün təhlükəsiz deyil. Qeyd edək ki, Harvad universitetinin alimləri tərəfindən aparılan tədqiqatda 13 kişi və qadın iştirak edib. Və nəticədə soyuq içkilərin fəsadlara yol açdığını bildiriblər.

Bu haqda həkim-terapevt Nəcibə Axundzadə Movqe.Az-a açıqlama verdi:

"Soyuq su baş ağrılarına səbəb olur. İsti havalarda soyuq su içənlərin beyinlərində donma prosesi gedir. Çünki beyin sistemi temperaturaya qarşı olduqca həssazdır. Soyuq su içən zaman damarla genişlənir, arteriyada qan dövranı yüksəlir. Bu səbəbdən də, baş ağrıları müşahitə olunur.

Qeyd edim ki, dondurmada soyuq suyun təsirinə malikdir.

Bundanda əlavə dondurmanın fəsadları daha çoxdur. Südlü dondurmanın tərkibində 6 faiz yağ və 16 faiz şirinlik var. Ən yağlı dondurma isə plombirdir", - Nəcibə Axundzadə dedi.

Qeyd edək ki, həkim verdiyi açıqlamada isti havalarda günəşdə çox gəzməməyi və soyuq içkilərdən istifadə etməməyi məsləhət gördü.

Onud qeyd edək ki, dondurmanın tərkibində 20 növ vitamin, 30 növ mineral duz, 20 növ zülal və s. var. Dondurma orqanizm üçün xeyirli maddələrə sahib olsada, isti havalarda çox yemək tövsiyyə olunmur.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs