Əlaqə Arxiv
news Image
2013.09.25
13:55
| A A A
Gülər Əhmədovanın işi məhkəməyə göndərildi
Sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Trend-in sorğusuna cavabında Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. E.Sultanovun sözlərinə görə, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sizin Reklam Yeriniz