news Image
2012.05.20
12:13
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 20-dəhava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir.
Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi əvəz olunacaq.
Havanın temperaturunun gecə 16-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə mayın 20-dəhava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturunun gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Ümumilikdə mayın 20-dəAbşeron yarımadasının hava şərtaitində mühüm dəyişiklik gözlənilmir.