news Image
2012.05.21
19:00
| A A A
Lenin zəhərlənmə nəticəsində ölüb

Amerikalı nevroloq Qarri Uinters və rusiyalı tarixçi Lev Lurye Leninin hansı səbəbdən öldüyünü araşdırıblar.

Alimlərin irəli sürdükləri fərziyyəyə görə, Lenin zəhərlənmə nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Lenin 21 yanvar 1924-cü ildə vəfat edib. O zaman Leninin 53 yaşı var idi.  

Rəsmi nəticələrə görə, Lenin beyin hüceyrələrinin aterosklerozomu xəstəliyindən əziyyət çəkirdi.

Politiklər Leninin vəfatını onun beyin sisteminə qanın dövür etməməsiylə və insultla əlaqəndirirlər.

Lakin Rusiyalı tarixçi Luryanin sözlərinə görə, Leninin vəziyyəti tədricən pisləşirdi. 1921-ci ildə o insult keçirdir və sağ tərəfi iflic olur. Buna baxmayaraq, sovet lideri keçirdiyi insultdan sonra düzəlir və 1924-cü ilin əvvəlində ova yollanır.

Uinters Leninin xəstəlik tarixçəsiylə tanış olduqdan sonra, onun ölümündən bir neçə saat öncə tamamiylə sağlam olduğunu iddia edir. Lakin vəfatı zamanı o bir neçə qıc olma halları keçirir. Nevroloqun fikrincə bu heçdə insult əlamətləri deyil.

Uinters həmçinin qeyd edib ki, Lenin öldükdən sonra, toksikologiya ekspertizası aparılmayıb. Bu səbəbdən məruzənin müəllifləri, Leninin zəhərləndiyini iddia edirlər.

Türkan Nadirqızı

Movqe.Az