news Image
2012.05.21
22:30
| A A A
Nokia Lumia 900 çəkic əvəzinə istifadə olundu - Video

Tech Craver-in jurnalistləri Nokia Lumia 900 smartfonu üzərində test apardılar. Onlar düşünmədən eksperiment üçün, çəkic və mismarlardan istifadə etdilər. Bu təcrübənin müəllifləri bir daha sübut etdilər ki, müasir telefonlanlar hər hansı bir ağır mexaniki təsirə dözümlüdürlər. Bu bir tək Lumia-ya aid deyil. Çünki bu gün bir çox müasir telefonların üzünə Corning Gorilla Glass örtüyü istifadə edilir.

Jurnalistlərdən birini ən çox təəcübləndirən, Nokia Lumia 900 smartfonunun çəkic əvəzinə istifadə edilməsi oldu.

Qeyd edək ki, iki il bundan öncə eyni eksperiment Sonim adlı telefon üzərində aparılmışdı.

Türkan Nadirqızı

Movqe.Az