Əlaqə Arxiv
news Image
2012.05.24
11:27
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə isə mayın 24-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq, dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq. 

Yaxın 2 gün ərzində hava şəraitinin gündüz saatlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq, dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Sizin Reklam Yeriniz