news Image
2012.05.24
11:31
| A A A
Şimali Kiprdə Talassemiya Dərnəkləri Seminari keçirilib

Movqe.az xəbər verir ki, 22-25 may tarixlərində Şimali Kiprdə Talassemiya Dərnəkləri Seminari keçirilib. Mayın 24-də "Azərbaycanda Talassemiya'' mövzusunda "Savab Dünyası'' talassemiya Asossiyasının spikeri Gülgün Abbasova çıxış edib.

Gülgün Abbasova 2004 cü ildən-2011-ci ilə kimi Azərbaycanda Talassemiya sahəsinin fəaliyyəti haqqında danışıb. Çıxışın əsas məğzi "Savab Dünyası" Talassemiya Assosiasiyasının yaranma tarixi Asossiyanın həyata keçirdiyi layihələr haqqında məlumat vermək olub. "8 fevral 2005-ci ildə Heydər Əliyev Fondu bizim Assosiasiya ilə birlikdə talassemiya problemini yaxından öyrənmək məqsədilə dəyirmi masa keçirmişdir və ölkənin  birinci xanımı Mehriban Əliyeva "Talassemiyasız həyat naminə" adlı proqramın başlanmasını elan etdi. 3 may 2005 –ci il "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" fərman imzalanıb."

18 yanvar 2006-ci ildə "Hemofiliya və talassemiya xəstəlikləri üzrə" dövlət proqramının hazırlandığını və bu günə qədər həllini tapmayan məsələləri slaydlar vasitəsi ilə izah etməyə çalışan natiq həyata keçirdikləri digər işlərdən də danışıb. "Biz bu vaxta qədər korporativ donorluğun təbliğatını aparmış, "Layihəkərdən Sən də Bir Möcüzə Et" xeyyriyə konserti, Talasemiya və Donur mədəniyyəti haqqında buklet, braşuraların çapını, internet saydlarında qazet və TV-lərdə "Talassemiyasız Həyat Naminə" lahiyəsinin informasıyasını, "İrsin Xilası Telelayihəsi"ni və 8 may – "Beynәlxalq Talassemiya Günü" ilə bağlı digər tədbirləri həyata keçirmişik."